Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
Sportal.az xəbər verir ki, gecənin ən məhsuldar oyunu Avstriyada reallaşıb. "Zalsburq" "Red Bull Arena"da Belçikanın "Genk" klubunu qəbul edib və 6:2 hesablı qələbə qazanıb. Meydan sahiblərinin 19 yaşlı norveçli hücumçusu Erlinq Bröyt Holand Çempionlar Liqasındakı debütündə het-trik edib.
"Zalsburq" (Avstriya) - "Genk" (Belçika) - 6:2
Qollar: Erlinq Bröyt Holand 2, 34, 45, Hi-Çan Hvanq, 36, Dominik Soboslai, 45+2, Andreas Ulmer, 66 - Con Lukumi, 40, Mbvana Samata, 52
saytlarin hazirlanmasi