Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə "Real"ı 3:0 hesabı ilə məğlub edən PSJ-nin baş məşqçisi Tomas Tuxel oyundan sonra baş tutan mətbuat konfransında fikirlərini bölüşüb.
Sportal.az xəbər verir ki, almaniyalı mütəxəssis böyük hesablı qələbəni şərh edib:
"Liqadakı oyunlarda daha yaxşı oynadığımız doğrudur, amma turnirlər fərqlidir. Bəlkə də futbolçular böyük oyunları daha çox gözləyir. Bu matçda toplu və topsuz epizodlarda yaxşı işlər gördük. Zamanla daha yaxşı oynadıq. Bu matçda bunu sübut elədik. Neymar, Mbappe və Kavani olmadığı üçün favorit göstərilmirdik və bu durum bizə kömək etdi. Futbolçuların üzərindən təzyiq götürülmüş oldu. Ancaq hər oyunu onlarsız keçirmək mümkün deyil. Bütün futbolçulara ehtiyac var".
46 yaşlı mütəxəssis yayda "Everton"dan transfer etdikləri İdrissa Qeye barədə müsbət fikirlər səsləndirib:
"Qeyeni almaq üçün uzun müddət mübarizə apardıq. O əsl maşındır. Heç vaxt dayanmır və top qazanır. "Real" kimi komandalara qarşı oynayarkən belə amillər üstünlükdür".
saytlarin hazirlanmasi