UEFA qarşıdakı üç mövsümdə Çempionlar Liqasının final matçlarının keçirləcəyi şəhərləri müəyyənləşdirib.
Sportal.az xəbər verir ki, 2021-ci ildə baş tutacaq final Rusiyanın Sankt-Peterburq şəhərində təşkil ediləcək. 2022-ci ilin həlledici oyunu Almaniyanın Münhen şəhərində reallaşacaq. 2023-cü ilin ÇL finalı İngiltərənin paytaxtı Londonda yerləşən "Uembli" stadionunda baş tutacaq.
2020/2021 mövsümündə Avropa Liqasının finalı İspaniyanın Sevilya şəhərində keçiriləcək. Həmin mövsüm UEFA Super Kubokunun matçını Şimali İrlandiyanın paytaxtı Belfast qəbul edəcək.
Bu barədə UEFA-nın prezidenti Aleksandr Çeferin İcraiyyə Komitəsinin Lyublyanada keçirilən iclasından sonra mətbuat konfransında məlumat verib.
saytlarin hazirlanmasi