Van Basten nasist salamına görə cəzalandı

15:45 - 26 Noyabr 2019

Niderland futbolunun əfsanələrindən olan Marko van Basten çalışdığı “Fox Sports” kanalından bir həftəlik uzaqlaşdırılıb.

 

Sportal.az xəbər verir ki, buna səbəb veteran futbolçunun canlı yayımda nasist salamı verməsi səbəb olub.  Onun maaşının bir qismi kəsiləcək və II dünya müharibəsi ilə bağlı fəaliyyət gösətərn hərbi sənədlər insitutuna ödəniləcək.

 

55 yaşlı sabiq hücumçu Erediviziyanın “Ayaks” – “Herakles” matçından sonra qonaqların baş məşqçisi Frank Vormutun alman dilində verdiyi müsahibəni efirdə nasist salamı anlamına gələn sözlə ifadə edib. Van Basten bunu zarafatla etdiyini deyib və üzr istəyib.

Xəbər xətti