Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunlarında qeydə alınan azarkeş sayı bəlli olub.
Sportal.az xəbər verir ki, çempionatda olduğu kimi kubok matçlarına da maraq olmayıb. Ən yüksək göstərici "Neftçi"nin öz meydanında "Sumqayıt"a uduzduğu (0:1) görüşdə qeydə alınıb. Bu oyunu da cəmi 550 nəfər izləyib. "Qarabağ" - "Keşlə" (1:0) matçında 500 nəfər olubsa, "Səbail"in "Zirə" ilə qolsuz heç-heçəsinə 300 nəfər şahidlik edib.
Mərhələnin paytaxtdan kənar keçirilən yeganə qarşılaşması - "Qəbələ" - "Sabah" (3:0) görüşündə isə 400 azarkeş olub.
Ümumilikdə mərhələnin 4 oyununu 1750 nəfər izləyib, bu da hər matçda 438 azarkeşin olması deməkdir.
saytlarin hazirlanmasi