"Qəbələ" və "Sabah" cərimələndi

12:56 - 18 Dekabr 2019

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:


Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” – “Sabah” matçında “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;


Oyunun 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun 14 №-li futbolçusu Ülvi İsgəndərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Xəbər xətti