Oğuzhan Özyakup "Beşiktaş"ı Niderland klubuna dəyişir

22:56 - 27 Yanvar 2020

"Beşiktaş"ın futbolçusu Oğuzhan Özyakup karyerasını Niderlandda davam etdirməyə yaxındır.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi "Feyenoord"la danışıq aparır. Rotterdam təmsilçisi Türkiyə yığmasının üzvünü icarəyə götürmək üçün İstanbul klubunu razı salmaq üzrədir. "TRT Spor"un məlumatına görə, keçid yaxın günlərdə rəsmiləşəcək.

 

Niderlandın Zandam şəhərində doğualn Oğuzhan "AZ Alkmaar"ın yetirməsidir. O, "Beşiktaş"a 2012-ci ildə "Arsenal"dan keçib. Yarımmüdafiəçi Niderlandın U-17 və U-19 millilərində çıxış edib.

Xəbər xətti