Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda səfərdə "Atletiko"ya uduzan (0:1) "Liverpul"un baş məşqçisi Yurgen Kloppun matçdan sonra mətbuat konfransı təşkil edilib.
Sportal.az xəbər verir ki, alman mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:
- Buraxdığınız qolla bağlı fikirləriniz necədir?
- Konfransa hakimlərin qərarları ilə başlamaq istəmirəm. Rəqibin qolundan öncə bizim autumuz verilmədi. Lakin hamımız insanıq və səhvlər edə bilərik. Asan matç keçmədi. Topa 70 faiz biz sahib olduq. Ancaq nəticəni "Atletiko" qazandı. Əlimizdən gələni etdik. Lakin cərimə meydnaçasında istədiyimiz kimi sərbəst olmadıq. Bu tip oyunlarda inkişaf etməyi düşünürük. Bir nöqtədə konsentrasiyanı itirdik. Ağ bayraq qaldırmırıq, "Enfild"də revanş olacaq.
- Sadio Maneni niyə əvəzlədiniz?
- Əvəzləmələr də futbolun bir parçasıdır. Sarı vərəqəsi olmasına baxmayaraq, Sadio oyunda qalmaq istəyirdi. Bir az qorxmuşdum, çünki Mane nəfəs alar-almaz rəqibi yerə yıxıldı. Henderson üçün isə çox narahat olmadım, amma risk etmədim, əvəz etdik.
- 0:1 hesablı məğlubiyyət pis nəticədir?
- Nəticədə problem yoxdur. Biz də çox çalışdıq. "Atletiko"da xoşbəxt üzlər gördüm, anlayıram, amma hələ qarşıda daha bir oyun qalıb. "Enfild"də 90 dəqiqəlik mübarizə var, heç nə bitməyib. Hakim isə oyunu daha yaxşı hiss edə bilərdi. "Atletiko"nun 3 futbolçunun bir anda yerdə qaldığı epizod da oldu. Çox emosiyalı oyun idi. Sakit olmağa çalışdıq. Cavab matçında daha yaxşısını emtəyə çalışacağıq.
- "Atletiko" sizi təəccbüləndirdi, yoxsa komandanızın oyunu alınmadı?
- Oyunumuza görə məyus olmadım. Həyatımda pis oyunlarım çox olub. Rəqibin meydanında yaxşı deyildik. 70 faiz topa sahib olmaqla oyuna dominantlıq etdik. 0:5 hesabı ilə uduzmamışıq. Cavab matçı da asan olmayacaq. "Atletiko"da Joau Feliş geri dönəcək. Dieqo Kosta isə daha yaxşı durumda olacaq. 11 futbolçumuz olduğu müddətdə mərhələ keçmək üçün cəhd edəcəyik. Sizə "Enfild"ə xoş gəlmisiniz" söyləyəcəyik. Bu gün stadionda möhtəşəm ab-hava var idi. Bütün duyğular "Atletiko" ilə idi.
- Hakim sizə də sarı vərəqə göstərdi.
- Mən çılğın idim, amma kiməsə hücum çəkmirdim. Çox sərt qərar idi. Hakimin performansından məmnun deyiləm. Belə atmosferdə işləməyə hazır olmalıdırlar. Qərara etiraz elədim və sarı vərəqə göstərdi.
- Cavab matçında daha mükəmməl işlər görməlisiniz.
- Dieqo Simeonedə enerji qalıb, ya yox, bunu bilmirəm. Dayanmadan azarkeşləri coşdurub, ayağa qaldırırdı. Bu da vəziyyəti dəyişdirir. Komanda azarkeşləri arxasında hiss edəndə nələr bacardığını gördünüz. İndi rəqibin üstünlüyü var. Cavab oyununda hücum futbolu oynamaq məcburiyyətindəyik. Əgər "Atletiko" daha yaxşı oynayıb, mərhələ keçsə, onları təbrik edəcəyik. Ancaq hələ "Enfild"də oynamaq məcburiyyətindədirlər.
saytlarin hazirlanmasi