"Müsbət düşünmək lazımdır" - Kipr millisinin baş məşqçisi

23:30 - 3 Mart 2020

Kipr yığmasının baş məşqçisi Yohan Valem Millətlər Liqasının püşkünü dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 48 yaşlı belçikalı mütəxəssis bunları söyləyib:

 

"Çox maraqlı püşkdür. Yaxın günlərdə Lüksemburqla yoxlama görüşü keçirəcəyik. Onları daha yaxınfan görmək fürsətimiz olacaq. Püşkatma barədə müsbət düşünmək lazımdır. Rəqiblərlə oyunlara hazırlaşmaq və analiz etmək üçün vaxtımız var. Bizim üçün iş indi başlayır. Əlimizdəki heyəti düzgün seçməliyik. Avqusta qədər 4 yoxlama görüşü keçirəcəyik".

 

Kipr, Monteneqro, Azərbaycan və Lüksemburq yığmaları Millətlər Liqasında eyni qrupda mübarizə aparacaqlar.

Xəbər xətti