Millinin rəqibinin kapitanı yığmadan getdi

18:08 - 5 Mart 2020

Kipr millisinin kapitanı Giorqos Merkis yığma karyerasını başa vurub.

 

Sportal.az xəbər verir ki, APOEL-in futbolçusu klub karyerasına diqqət ayıracağını deyib.

 

36 yaşlı müdafiəçi millidə 54 oyun keçirib, 2 qol vurub.

 

Kipr UEFA Millətlər Liqasında C Liqasının I qrupunda Azərbaycan, Monteneqro və Lüksemburqla birgə yer alıb.

Xəbər xətti