UEFA 2020/2021 mövsümündən Avropa kuboklarında oyundankənar vəziyyətlərlə bağlı dəyişiklik etməyə qərar verib.
Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, qurumun prezidenti Aleksandr Çeferin ofsayd epizodlarında xəttlərin qalın olacağını bildirib:
“Bir santimetr ofsayd deyil. VAR açıq-aşkar oyundan kənar vəziyyət olduqda müdaxilə etməlidir. Buna görə xəttləri daha qalın çəkmək lazımdır. Hakimlərlə müzakirə etməli çox mövzu var".
Sloveniyalı funksioner Avropa çempionatında bu yeniliyin tətbiq olunacağını deyib
saytlarin hazirlanmasi