Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ - "Borussiya" (Dortmund) oyunu azarkeşsiz keçiriləcək.
Sportal.az xəbər verir ki, buna səbəb koronovirusun sürətlə yayılmasıdır. Bu səbəbdən Parisdəki "Park de Prens"də keçiriləcək qarşılaşmaya azarkeşlər buraxılmayacaq.
Qarşılaşma martın 11-i baş tutacaq. İlk görüşdə Dortmund klubu 2:1 hesablı qələbə əldə edib.
saytlarin hazirlanmasi