“Atalanta”nın hücumçusu Yosip İliçiç Çempionlar Liqasında rekorda şərik olub.
Sportal.az xəbər verir ki, 32 yaşlı hücumçu 1/8 finalın “Valensiya” ilə səfər qarşılaşmasında pokerə imza atıb. Sloveniyalı futbolçu qitənin ən nüfuzlu turnirində pley-off mərhələsinin iki oyununda 5 və daha çox qol vuran 3-cü oyunçu olub.
İliçiç “Barselona”nın kapitanı Lionel Messi və “Yuventus”un hücumçusu Kriştiano Ronaldoya məxsus göstəricini təkrarlayıb.
Messi 2011-2012-ci il mövsümündə “Bayer”ə 6, Ronaldo isə 2016-2017-ci ildə mövsümündə “Real Madrid”in heyətində “Bayern”ə 5 qol vurub.
saytlarin hazirlanmasi