Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"a səfərdə qalib gələrək (3:2) 1/4 finala adlayan "Atletiko"nun baş məşqçisi Dieqo Simeone açıqlama veirb.
Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis zəfəri şərh edib:
"Çox xoşbəxtik. Möhtəşəm komandanı mübarizədən kanarlaşdırdıq və 1/4 finala yüksəldik. "Liverpul" əla komandadır. Markos Lyorente komandada inqilab etdi. Çox böyük sevinc içindəyik. Sadə görünsə də, belə olmadı. Futbol rəqibin səhvləri üzərində qurulur. Bu 8 ildə Çempionlar Liqasında ən yaxşı rəqiblə qarşılaşdıq.
Oblak komandamız üçün Saviç, Felipə Feliş qədər vacib simadır. "Barselona"da Lionel Messi, bizdə də Yan Oblak var. O, dünyanın ən yaxşı qapıçısıdır. Messi meydanda oyuna nəzarət edir, Oblak isə qapıda. Azarkeşlər uzun müddət bu oyunu xatırlayacaq. "Atletiko" öz silahları ilə həmişə qalib gəlmək istəyir. Rəqiblərin səhvləri üzərində oynayırıq.
Ötən gün "Sevilya" ilə oyunda qapıya 17 zərbə vurduq, amma nəticə qazanmadıq. Bu, futboldur. Ötən mövsümlərdə "Qarabağ" bizi Çempionlar Liqasından uzaqlaşdırdı. Xatırlayırsınız? Futbolda belə hallar olur. Əsas məsələ rəqibin qüsurlarından düzgün faydalanmaqdır. Bu, bizim həssas yerimizdir".
saytlarin hazirlanmasi