İliçiç poker etdiyi topu xəstəxanaya bağışladı

14:46 - 15 Mart 2020

İtaliyanın "Atalanta" klubunun hücumçusu Yosip İliçiç Çempionlar Liqasında "Valensiya" ilə görüşdə (4:3) poker etdiyi imzalı topu Berqamo xəstəxanasına bağışlayıb.

 

Sportal.az xəbər verir ki, sloveniyalı futbolçu koronavirusla mübarizə aparan xəstələr üçün bu addımı atıb.

 

32 yaşlı futbolçu Çempionlar Liqasında səfərdə poker etmiş ən yaşlı futbolçu kimi tarixə düşüb.

Xəbər xətti