UEFA Çempionlar Liqası və Avropa Liqasını “Dördlər finalı” formatında keçirə bilər.
Sportal.az xəbər verir ki, UEFA-nın baş katibi Corcio Marketti martın 17-də keçiriləcək toplantıda bu təkliflə çıxış edəcək.
Bu format yarımfinalların bir oyundan ibarət olmasını və neytral meydanda keçirilməsini, daha sonra final görüşünün təşkilini nəzərdə tutur. Turnirlərin yarımfinal və final qarşılaşmalarının təşkilinə 4 gün kifayət edəcək.
Çempionlar Liqasının final oyunu Türkiyənin İstanbul, Avropa Liqasının həlledici qarşılaşması isə Polşanın Qdansk şəhərində baş tutmalıdır.
Koronavirusa görə UEFA turnirləri müvəqqəti təxirə salıb.
saytlarin hazirlanmasi