UEFA koronavirusa görə təxirə salınan Çempionlar Liqası və Avropa Liqası ilə bağlı qərar verib.
Sportal.az xəbər verir ki, yarışlar koronavirus təhlükəsi aradan qalxana kimi keçirilməyəcək. Bu qərar qitənin yerli çempionatlarına da şamil olunacaq.
UEFA təşkil etdiyi yarışları başa çatdırmaq üçün 2 işçi qrupu ayırıb. Yeni qurumda UEFA-dan və Avropa Klublar Birliyindən 4 nəfər təmsil olunacaq. Onlar təqvimi müəyyənləşdirəcək və maliyyə hesablarını hazırlayacaq.
"Marca"nın məlumatına görə, Avropa Liqasının finalı iyunun 24-də, Çempionlar Liqasının həlledici matçı isə iyunun 27-də baş tutacaq.
saytlarin hazirlanmasi