UEFA təşkil etdiyi yarışlarla bağlı növbəti qərarını açıqlayıb.

 

Sportal.az xəbər verir ki, qitə qurumu Çempionlar Liqası, Avropa Liqası və qadınlar arasında Çempionlar Liqasının final oyunlarını koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə saldığını bəyan edib.

 

UEFA daha əvvəl Avropa Liqasının finalını iyunun 24-nə, Çempionlar Liqasının finalını isə iyunun 27-nə təyin etmişdi.