UEFA yeni mövsümdə Avropa Liqası və Çempionlar Liqasında klubların sayını azalda bilər

13:44 - 30 Mart 2020

Koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının final oyunları avqust ayında keçirə bilər.

 

Sportal.az "Sunday Times" nəşrinə istinadən xəbər verir ki, UEFA maliyyə itkisi ilə üzləşməmək üçün mövsümü yarımçıq saxlamayacaq. Yarışların keçirilməməsi qərara alınsa, qitə qurumu təkcə İngiltərədəki televiziya hüquqlarının satışından 840 milyon avrodan məhrum ola bilər.

 

Mövsümü avqust ayında yekunlaşdırmaq UEFA-nı gələn mövsümdəki oyunların sayını azaltmağa məcbur edəcək. Ehtimal edilir ki, yeni mövsüm Avropa kuboklarındakı klubların sayı ən azı 2 dəfə azalacaq.

Xəbər xətti