"Ayaks" komada qalan futbolçunun müqaviləsini ləğv etdi

16:16 - 31 Mart 2020

“Ayaks” uzun müddət komada olan futbolçusu Abdelhak Nurinin müqaviləsini ləğv edib.

 

Sportal.az “Telegraaf”a istinadən xəbər verir ki, Amsterdam təmsilçisi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə problemlərinə görə belə qərar verib. Niderland klubu 22 yaşlı yarımmüdafiəçinin iyul ayına kimi maaşını ödəyəcək.

 

Mərakeş əsilli niderlandlı oyunçunun 2017-ci ilin iyulunda "Verder"lə qarşılaşmada ürək ritmi pozulmuşdu. Onun sonradan beynində problem olduğu aşkarlanmışdı. Futbolçu 2018-ci ilin avqustunda komadan ayılmışdı. Nurinin ev şəraitində müalicəsi davam etdirilir.

 

Xəbər xətti