Koronavirus pandemiyasına görə qeyri-müəyyən vaxta təxirə salınan Çempionlar Liqası və Avropa Liqasının final oyunları azarkeşsiz keçirə bilər.
Sportal.az "The İndependent" nəşrinə istinadən xəbər verir ki, UEFA maliyyə itkisi ilə üzləşməmək üçün mövsümü yarımçıq saxlamayacaq. Bu gün UEFA-nın videokonfransında bu məsələ müzakirə ediləcək. Quruma üzv olan 55 federasiyanın təklifi təsdiqləyəcəyi gözlənilir.
Qərar təsdiqlənsə Çempionlar Liqası və Avropa Liqası azarkeşsiz keçirilməyə davam edəcək.
saytlarin hazirlanmasi