Millətlər Liqasında pley-off matçlarının vaxtı dəyişdi

10:52 - 2 Aprel 2020

UEFA Millətlər Liqasının pley-off oyunları növbəti dəfə təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, yarımfinallar iyunun 4-dən sentyabrın 3-nə, finallar isə iyunun 9-dan sentyabrın 8-nə keçirilib.

 

Millətlər Liqasında ikinci mövsümün nəzərdə tutulduğu kimi sentyabrda başlanması planlaşdırılır. Pley-offda iştirak edənlər isə daha sonra yarışa qatılacaq.
 

A Liqası
İslandiya – Rumıniya
Bolqarıstan – Macarıstan

 

B Liqası
Bosniya və Herseqovina – Şimali İrlandiya
Slovakiya – İrlandiya

 

C Liqası
Şotlandiya – İsrail
Norveç – Serbiya

 

D Liqası
Gürcüstan – Belarus
Şimali Makedoniya – Kosovo

 

Bu oyunlardan sonra AÇ-2020-yə vəsiqə qazanacaq son 4 komanda bəlli olacaq.

Xəbər xətti