Koronavirusa görə dayandırılan Çempionlar Liqası ilə bağlı müxtəlif iddialar yayılmaqdadır.
Sportal.az "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, turnirin final oyunu İstanbulda keçirilməyə bilər. Buna səbəb Türkiyədə COVID-19 pandemiyasına yoluxanların sayının artmasıdır.
UEFA aprelin 23-ü növbəti videkonfrans təşkil edəcək və turnirlərin taleyini müzakirə edəcək.
Çempionlar Liqasının finalı Türkiyənin İstanbul şəhərində yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.
saytlarin hazirlanmasi