Ötən mövsümün sonu futbolçu karyerasını bitirən Niderland millisinin keçmiş üzvü Aryen Roben yaşıl meydanlara qayıtmaq istəyir.
Sportal.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi bu barədə düşündüyünü deyib:
"Karyeramı bitirəndən sonra futbol üçün çox da darıxmırdım. Ancaq zaman keçdikcə "Hey, bəlkə, bir az oynamaq lazımdır", - kimi düşüncələr beynimi məşğul edir. Koronavirusa görə insanların həyatı qəribə vəziyyətə düşüb. İndi futbolun qayıtmasını gözləyirik. Hər halda, nə olsa da, mən bir idmançıyam".
Münhen "Bayern"ində karyerasını bitirən Robben PSV, "Çelsi", "Real" kimi klublarda oynayıb.
saytlarin hazirlanmasi