"Ayaks"ın yarımmüdafiəçisi Donni van de Bek karyerasını Avropanın top-klublarından birində davam etdirə bilər.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Niderland millisinin üzvü ilə "Yuventus", "Real" və "Mançester Yunayted" klubları maraqlanır.
23 yaşlı yarımmüdafiəçi mövsümün gedişində Madrid "Real"ına keçməyə razılıq verib. Ancaq koronavirus pandemiyasının futbola təsirinə görə, məsələ açıq qalıb. Buna görə də, tərəflər razılıqdan imtina edə bilərlər.
Van de Bekin Amsterdam klubu ilə sazişi 2022-ci ilin iyunun 30-da tamamlanacaq. Niderlandlı futbolçu bu mövsüm 37 oyunda 10 qol vurub, 11 assist edib.
saytlarin hazirlanmasi