Azərbaycan Kubokunda 6 əvəzləməyə icazə verilib.
Sportal.az xəbər verir ki, bu, PFL-in bu gün açıqladığı 2019/2020-ci illər mövsümünün Əsasnaməsinə əlavədə qeyd olunub.
Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) koronavirus pandemiyası səbəbindən oyunçu dəyişikliyini 5-ə yüksəltsə də, Azərbaycan kubokunda bu say 6 olacaq. Kubokdakı əvəzləmə limiti 3+1 idisə, bu mövsümün yarımfinal və final qarşılaşmalarında bu, 5+1 olacaq. Yəni matçlar əlavə vaxta qalarsa, komandalara 6-cı dəyişiklik imkanı veriləcək.
İFAB-la Peşəkar Futbol Liqası arasında aparılan danışıqlardan sonra beynəlxalq qurum 90 dəqiqədə 5, əlavə vaxtda isə 1 əvəzləmə edilməsinə razılıq verib. Bu təlimat artıq klublara da göndərilib.
saytlarin hazirlanmasi