Qrizmann: "MLS-ə getmək planım var"

16:50 - 6 İyun 2020

"Barselona"nın hücumçusu Antuan Qrizmann gələcək planlarından danışıb.

 

Sportal.az xəbər verir ki, fransalı futbolçu karyerasını ABŞ-da bitirmək düşüncəsində olduğunu deyib:

 

"Barselona" ilə Çempionlar Liqası və La Liqanı qazanmaq həm xəyalım, həm də hədəfimdir. Bunları bacardıqdan sonra 2022-ci ildə keçiriləcək dünya çempionatının ardından ABŞ-a getmək planım var. MLS-də hansı komandada çıxış edəcəyimi bilmirəm, amma həqiqətən orada oynamaq fikrim var. Karyeramı ABŞ-da bitirmək fikrim var".

 

29 yaşlı futbolçu bu mövsüm 37 oyunda 14 qol vurub, 4 assist edib.

Xəbər xətti