"Barselona"nın prezidenti Xosep Mariya Bartomeu komandanın parlayan ulduzu Ansu Fati üçün gələn 100 milyon avroluq təklifi qəbul etmədiklərini deyib.
Sportal.az "Sport"a istinadla xəbər verir ki, klub daxilində keçirilmiş onlayn videokonfransda təklif barədə müzakirə aparılıb. Klub prezidenti Qvineya-Bisau əsilli ispan futbolçunun satılmayacağını bildirib.
17 yaşlı yarımmüdafiəçiyə təklif yollayan klubun adı açıqlanmayıb. Fati bu mövsüm 21 oyunda 4 qol vurub, 1 assist edib.
saytlarin hazirlanmasi