"Atletiko"nun prezidenti Enrike Sereso Çempionlar Liqasının qalibi olmaları üçün yaxşı fürsətlərinin olduğunu deyib.
Sportal.az xəbər verir ki, 72 yaşlı funksioner azarkeşsiz keçiriləcək matçlarda bunu bacarmaq gücündə olacaqlarını bildirib:
"Xüsusi komandayıq. Çempionlar Liqasını azarkeşsiz qazana bilərik. Bu il bizim ola bilər. İspaniya La Liqasında çətin durumdur. Ancaq ÇL-də hər şey fərqlidir. Finala çıxmaq istəyirik. Bizi bundan 4 oyun ayırır. Baş məşqçimiz Dieqo Simeone gördüyü işə görə özündən əmindir".
"Atletiko" Çempionlar Liqasının 1/8 finalında turnirin son qalibi "Liverpul"u məğlub edib.
saytlarin hazirlanmasi