UEFA Millətlər Liqasının 2020/2021 mövsümünün yeni təqvimi məlum olub.
Sportal.az xəbər verir ki, qrup mərhələsinin 3-4-5, 6-7-8 sentyabr, 10-11, 13-14 oktyabr, 14-15 və 17-18 noyabr tarixlərində baş tutacaq.
Milli komandalar yoldaşlıq görüşlərini oktyabrın 7-8-i və noyabrın 11-12-də keçirəcəklər.
Azərbaycan yığması Millətlər Liqasının C divizionunun 1-ci qrupunda Lüksemburq, Kipr və Monteneqro ilə mübarizə aparacaq.
saytlarin hazirlanmasi