"Liverpul" İngiltərə Premyer Liqasında sona yeddi tur qalmış çempionluğunu rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, 30 ildən sonra ölkə çempionu olan "Liverpul" ümumilikdə 19-cu dəfə zəfər qazanıb.
Komandanın baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasında çempion olan ilk alman olub.
53 yaşlı mütəxəssis 2015-ci ildən "qırmızılar"ı çalışdırır. Mersisaydlılar Kloppun rəhbərliyi ilə bir dəfə Çempionlar Liqası, UEFA Super Kuboku və klublararası dünya çempionatını qazanıb.
saytlarin hazirlanmasi