"Liverpul"un baş məşqçisi Yurgen Klopp 30 il sonra Premyer Liqada çempion olmaları barədə danışıb.
Sportal.az "Sky Sports"a istinadla xəbər verir ki, alman mütəxəssis zəfərə layiq olduqlarını deyib:
"Çempionluğu qeyd etmək çox önəmlidir. Çünki bu anlar unudulmur. Mövsüm ərzində gözəl anlarımız olub. Çempionluğu qeyd edəcəyik. Yaşadığımız günlər çox çətindir, amma bir yerə toplaşmağımız vacibdir".
Alman mütəxəssis "Liverpul"un 19-cu çempionluğunu komandanın keçmiş futbolçuları - Kenni Dalqliş və Stiven Cerrarda həsr etdiklərini söyləyib:
"Həqiqətən də inanılmazdır. Gözlədiyimdən daha artığını etdik. Özümü hazırda itirmişəm. Kenni Dalqlişin bizi necə dəstəklədiyini bilirəm. Bu çempionluq onun üçündür. 30 il bu anı gözləyib. Bundan əlavə, bu uğuru Cerrarda da həsr edirik. O da uzun müddət gözlədi".
saytlarin hazirlanmasi