Kökçü "Feyenoord"la müqavilə imzaladı

16:16 - 27 İyun 2020

Niderlandın "Feyenoord" klubunda yeni müqavilə qeydə alınıb.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, komandanın yarımmüdafiəçisi Orkun Kökçünün sözləşməsi 2025-ci il iyulun 1-dək uzadılıb.

 

Türkiyə millisinin üzvü bu mövsüm 35 oyunda 3 qol vurub, 6 assist edib.

 

18 yaşlı futbolçunun qardaşı Ozan Can Kökçü Azərbaycanın U-21 millisinin və "Sabah"ın üzvüdür.

Xəbər xətti