Millətlər Liqası təxirə salına bilər - UEFA qərar verir

00:37 - 19 Avqust 2020

Millətlər Liqası təxirə salına bilər.

 

Sportal.az xəbər verir ki, məsələ bu gün UEFA-ya üzv ölkələrin yerli federasiyalarının baş katiblərinin video-konfransında müzakirə olunacaq. Nəşr UEFA-dakı mənbələrinə istinadən xəbər verir ki, turnirin təxirə salınma ehtimalı 50, hətta 55 faizdi.

 

Bugünkü konfransda yeganə müzakirə mövzusu Millətlər Liqasının gələcək taleyi olmasa da, əsas məsələ budu. Digər bir müzakirə mövzusu isə U-19 millilərinin oktyabra planlaşdırılan oyunlarının təxirə salınmasıdı.

 

“Böyük beşlik” ölkələrinin təmsilçiləri və onların dəstəkçiləri Millətlər Liqasının keçirilməməsini müdafiə edir. Əsas arqumentlər isə belədi:

 

- Vəziyyətlə əlaqədar olaraq milli çempionatların və avrokubokların gec başlaması səbəbilə 2020/20 mövsümünün təqvimi çox sıxdı. Top klubların futbolçuları 50-60 matç keçirir, yüklənmə maksimuma yaxındı və milli komandaların hazırlığının başlamasından öncə bütün turnirləri yekunlaşdırmaq üçün çox az zaman var. Bu şərtlər altında Millətlər Liqası böyük klubların marağında deyil, təxirə salınması isə təqvimi rahatlaşdıracaq.

 

- Avropa klub turnirləri azarkeşsiz keçirilsə belə, böyük gəlir gətirirsə, milli komandaların bağlı qapılar arxasında (matçların azarkeşsiz keçirilməsi planlaşdırılır) mübarizə aparmasının bir əhəmiyyəti yoxdu. Belədə, prestijli olmayan turnirdən gəlir əldə etmək mümkün olmayacaq.

 

- Klub daxilində infeksiyaya nəzarət etmək milli komandalara nisbətən daha asandı. Bir çox hallarda futbolçular yığmalara virusla mübarizədə fərqli yanaşmalar sərgilənən Avropanın müxtəlif ölkələrindən gəlir.

 

- Bəzi ölkələrdə epidemioloji vəziyyət pisləşib.

 

Azərbaycan yığması Millətlər Liqasında sentyabrın 5-də Bakıda Lüksemburqu qəbul etməli, 3 gün sonra səfərdə Kiprlə qarşılaşmalıdı.

Xəbər xətti