Millətlər Liqasının qrup mərhələsində Azərbaycanla qarşılaşacaq Kipr yığması daha bir itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, APOEL-in futbolçusu Giorqos Efrem zədələnib. 31 yaşlı yarımmüdafiəçinin əvəzinə AEL-in futbolçusu Andreas Avraam təlim-məşq toplanışa çağırılıb.
Daha əvvəl Aleksander Qogiç millidən kənar qalmışdı. Buna səbəb onun 10 günlük karantinə alınmasıdır.
Sentyabrın 8-də keçiriləcək Kipr - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
saytlarin hazirlanmasi