Lüksemburq millisində Azərbaycanla oyun öncəsi iki ciddi itki

11:39 - 2 Sentyabr 2020

Millətlər Liqasının qrup mərhələsinin ilk turunda Azərbaycanın qonağı olacaq Lüksemburq yığmasında itkilər var.

 

Sportal.az xəbər verir ki, yığmanın iki aparıcı futbolçusu Vensan Till və Jerson Rodriqeş bu oyunu buraxa bilərlər.

 

Till Almaniyanın 3-cü Bundelsiqa təmsilçisi "Saarbrükken"lə yoxlama matçında (0:0) zədələnib. Onun Bakıdakı matçda oynayıb-oynamayacağı sual altındadır. 20 yaşlı yarımmüdafiəçi ilə yanaşı, Kiyev "Dinamo"sunun yarımmüdafiəçisi Rodriqeş xəstələnib. Onun da matçda iştirakı sual altındadır.

 

Azərbaycan - Lüksemburq görüşü sentyabrın 5-i Bakı Olimpiya Stadionunda keçiriləcək.

Xəbər xətti