UEFA Millətlər Liqasının qrup mərhələsinin ilk turunda keçiriləcək Azərbaycan - Lüksemburq matçının təyinatları açıqlanıb.
Sportal.az xəbər verir ki, qarşılaşmanı ingiltərəli FIFA referisi Kris Kavana idarə edəcək. Ona yerliləri - Daniel Riçard Kuk və qadın hakim Şan Ellis-Messi kömək edəcəklər. Dördüncü hakim funksiyasını Pol Tirni yerinə yetirəcək.
Matçın hakim-inspektoru san-marinolu Stefano Podeşi olacaq. Türkiyəli Mətin Kazançıoğlu UEFA nümayəndəsi kimi qarşılaşmaya təyinat alıb.
Sentyabrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Lüksemburq oyunu saat 20:00-da başlayacaq.
saytlarin hazirlanmasi