Bu gün Millətlər Liqasında 2020/21 mövsümünə start verilib.
Sportal.az xəbər verir ki, ilk oyun günü 10 qarşılaşma baş tutub.
A Liqasının 4-cü qrupunda Almaniya evdə İspaniya ilə heç-heçə edib - 1:1. Qrupun digər matçında Ukrayna İsveçrəyə 2:1 hesabı ilə qalib gəlib.
B Liqasının 3-cü qrupunda Türkiyə evdə Macarıstana 0:1 hesabı ilə uduzub. Qrupun digər matçında Rusiya Serbiyadan güclü olub - 3:1.
Millətlər Liqası, I tur
3 sentyabr
D Liqası, 1-ci qrup
Latviya – Andorra - 0:0
Farer adaları – Malta - 3:2
Qollar: Klemin Olsen, 25, Andreas Olsen, 87, Brandur Olsen, 90 - Yurgen Deqabriel, 37, andre Acus, 73
A Liqası, 4-cü qrup
Almaniya – İspaniya - 1:1
Qollar: Timo Verner, 51 - Xose Luis Qaya, 90+5
Ukrayna – İsveçrə - 2:1
Qollar: Anrey Yarmolenko, 14, Oleksandr Zinçenko, 68 - Haris Seferoviç, 41
B Liqası, 4-cü qrup
Bolqarıstan – İrlandiya
Qol: Bojidar Krayev, 56 - Şeyn Daffi, 90+1
Finlandiya – Uels - 0:1
Qol: Kiffer Mur, 80
B Liqası, 3-cü qrup
Rusiya – Serbiya - 3:1
Qollar: Artem Dzyuba, 48 (pen.), 81, Vyaçeslav Karavayev, 69 - Aleksandar Mitroviç, 78
Türkiyə – Macarıstan - 0:1
Qol: Dominik Soboslay, 80
C Liqası, 3-cü qrup
Moldova – Kosovo - 1:1
Qollar: Yon Nikolesku, 19 - Benjamin Kololli, 71
Sloveniya – Yunanıstan.- 0:0.