Lüksemburqlu futbolçu Azərbaycan millisində çəkindiyi futbolçunu açıqladı

18:48 - 4 Sentyabr 2020

Millətlər Liqasının I turunda Azərbaycanın qonağı olacaq Lüksemburq millisinin üzvü Kristofer Martins jurnalistlərin suallarını cavablandırıb.

 

Sportal.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Azərbaycan millisi ilə bağlı danışıb:

 

"Azərbaycan millisinin bəzi oyunlarını videoyazı şəklində izləmişik. Qara Qarayevi xüsusi qeyd edərdim. Onun komanda ilə oynamaq bacarığı çox yüksəkdir".

 

Kabo-Verde əsilli futbolçu Millətlər Liqasındakı əsas məqsədlərindən danışıb:

 

"Ən azı 1 xal qazanmaq istəyirik (gülür). Çalışacağıq yaxşı oyun göstərək. Hər matç meydana yalnız 3 xal üçün çıxacağıq. Çətin olacaq, ancaq bunun üçün çalışacağıq".

Xəbər xətti