Lyuk Holts: “Azərbaycan millisi məni təəccübləndirmədi”

22:35 - 5 Sentyabr 2020

Millətlər Liqasının 1-ci turunda səfərdə Azərbaycana qalib gələn (2:1) Lüksemburqun çalışdırıcısı Lyuk Holts fikirini bölüşüb.

 

Sportal.az xəbər verir ki, 51 yaşlı mütəxəssis qələbəni şərh edib:

 

- Təxminən 10 aydı futbol oynamayan komandanın meydanda belə dominantlıq edəcəyini təsəvvürünüzə gətirirdiz?
- Qələbəyə layiq idik. Çünki startdan sona qədər meydanda dominant tərəf olduq. Açığı, ilk məşqdən sonra belə yaxşı performans göstərəcəyimizə inanmırdım. Ancaq son iki məşq məndə ümid yaratmışdı. Rəqib qırmızı vərəqə aldıqdan sonra tam müdafiəyə çəkildi. Bu da işimizə yaradı.

 

- Azərbaycan millisinin matçın əvvəlindən belə müdafiəyəmeylli oynamasına təəccüblənmədiz?
- Xeyr, təəccüblənmədim. Azərbaycanın yeni baş məşqçisi var. 4-4-2 taktiki sxemi ilə oynayacaqlarını ehtimal edirdik. Futbolçularımdan razıyam. Xüsusilə də, hesabda geri düşdükdən sonra yaxşı çıxış etdik.

 

- Dünən bildirmişdiz ki, rəqib komandalar arasında çox da məlumatlı deyilik. Bu gün fikirlərinizdə hansısa dəyişiklik oldumu?
- Monteneqro qrupda favoritdi. Digərləri eyni gücə komandalardı. Öz performansımızın bu cür qalacağına ümid edirəm.

 

- Azərbaycan millisi demək olar ki, bu gün qələbəniz üçün hər şeyi etdi: qırmızı vərəqə, avtoqol, penalti. Digər rəqiblərdən də bunu gözləyirsizmi?
- Mən Azərbaycandan gözləntim yox idi. Öz oyun tərzimiz var, əlimizdən gələni etdik. Biz qələbəni haqq etdik. Düşünmürəm ki, qırmızı vərəqə və ya penalti nəticəni həll etmədi. Performansımız hər şey etdi.

 

- Lüksemburq layiqli qələbə qazandı. Peşəkar məşqçi kimi necə düşünürsüz, sizin oynadığınız futbol idisə, Azərbaycanın göstərdiyi nə idi?
- Futbolda iki fəlsəfə var: hücumda oynaya bilərsən, müdafiə oluna bilərsən. Hər məşqçinin öz yanaşması var. Yəqib ki, yeni baş məşqçinin fəlsəfəsi belədi. Azərbaycan millisi əvvəlki zamanlarda daha çox ispan stilli futbol göstərir, hücmlar edirdi, ancaq məğlubiyyətlərlə üzləşirdi. Ola bilər ki, yeni baş məşqçi bu fəlsəfəni dyişmək isəyir. Bunun üçün ona vaxt lazımdı. Ümid edirəm ki, tezliklə fəlsəfəsini oturda bilər.

 

- Dünən Azərbaycan millisinin favorit olduğunu demişdiz. Bu gün Monteneqronun qrupda favorit olduğunu söyləyirsiz...
- Azərbaycanın Lüksemburq qarşısında favorit olduğunu demişdim. Qrupda isə Monteneqronu ən güclü hesab edirəm.

 

- Lüksemburq millisinin səfərdə qalib gəldiyi son rəsmi matçı xatırlayırsız?
- Ümumilikdə, 18-19 qələbəmiz var. Ötən Millətlər Liqasında Malta, San-Marinonu məğlub etmişdik.

Xəbər xətti