Kipr – Azərbaycan: mətbuat konfransları və məşqlərin vaxtı açıqlandı

12:21 - 7 Sentyabr 2020

Millətlər Liqasında keçiriləcək Kipr – Azərbaycan oyunundan öncə təşkil olunacaq mətbuat konfransları və açıq məşqlərin vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu gün Bakı vaxtı ilə 19:30-da Azərbaycan yığmasının çalışdırıcısı Canni De Byazinin mətbuat konfransı təşkil olunacaq.

 

Kipr milli komandası

Saat 13:00. Mətbuat konfransı

Saat 21:45. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Azərbaycan milli komandası

Saat 19:30. Mətbuat konfransı

Saat 20:00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq

 

Hər iki mətbuat konfransı və məşq oyunun keçiriləcəyi GSP stadionda təşkil olunacaq.

 

Kipr – Azərbaycan oyunu sentyabrın 8-i saat 22:45-də keçiriləcək.

Xəbər xətti