Yohan Valem: "Oyunumuzu tapa bilmədik"

01:44 - 9 Sentyabr 2020

Millətlər Liqasının 2-ci turunda evdə Azərbaycan yığmasına 0:1 hesabı ilə uduzan Kiprin çalışdırıcısı Yohan Valem mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, belçikalı mütəxəssis məğlubiyyəti şərh edib:

 

“Oyuna yaxşı başlamadıq. Xüsusən hesabda geri düşdükdən sonra oyunumuzu tapa bilmədik. Fasilədən sonra oyunda dönüş yaratmaq üçün dəyişikliklərə əl atdıq. Üstünlüyü ələ alsaq da, qol vurmağı bacarmadıq. Komandada çoxlu dəyişiklik olub. Gənc oyunçulara necə oynamaq lazım olduğunu demişəm. Ancaq bu dəyişikliklər tez zamanda öz bəhrəsini vermir. Onların daha çox inkişaf etməyə ehtiyacı var”.

Xəbər xətti