Azərbaycan yığmasının Millətlər Liqasında rəqibi olan Monteneqro ciddi itki ilə üzləşib.
Sportal.az xəbər verir ki, komandanın müdafiəçisi Stefan Saviç cəzalı duruma düşüb. 29 yaşlı futbolçu Kipr (2:0) və Lüksemburqa (1:0) qalib gəldikləri matçlarda sarı vərəqə alıb. Bu səbəbdən Madrid "Atletiko"sunun üzvü III turda Azərbaycanla matçı buraxacaq.
Monteneqro - Azərbaycan oyunu oktyabrın 10-da keçiriləcək.
saytlarin hazirlanmasi