Niderland millisinin yeni baş məşqçisi müəyyənləşdi

11:29 - 23 Sentyabr 2020

Niderland millisinin yeni baş məşqçisi məlum olub. 

 

Sportal.az "De Telegraaf"a istinadla xəbər verir ki, yımanı bundan sonra Frank de Bur çalışdıracaq. 50 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

 

Niderlandlı mütəxəssis bu vəzifədə "Barselona"ya baş məşqçi təyin olunan yerlisi Ronald Kumanı əvəz edib.

 

De Burun son çalışdığı yer ABŞ klubu “Atlanta Yunayted” olub.

Xəbər xətti