Konqolu futbolçu Çikito Lema Mabidinin “Səbail”dən ayrılmasının səbəbi bəlli olub.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi Asiya qitəsindən daha yaxşı təklif aldığı üçün klubunu tərk edib. Bayıl təmsilçisi futbolçunun müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
Qeyd edək ki, Mabidi bu ilin fevral ayında “Səbail”lə müqavilə imzalayıb. O, Premyer Liqa klubunun heyətində 6 oyun keçirib.