"Səbail" üç futbolçusu ilə yollarını ayırıb.
Sportal.az xəbər verir ki, Murad Qayalı və Əli Sadıxovla qarşılıqlı razılıq əsasında müqaviləni pozan paytaxt təmsilçisi "Sabah"dan cari mövsümün sonunadək icarəyə götürdüyü Arsen Ağcabəyovu da geri qaytarıb.
Daha əvvəl Orxan Qurbanlı yola salınmışdı.