“Kəpəz”in yeni planları var

18:27 - 4 Yanvar 2021

“Kəpəz”in kubok oyunu və Birinci Divizionda 2020/21 mövsümünün ikinci hissəsi üçün hazırlıq planı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Gəncə təmsilçisi yanvarın 5-də doğma meydanda məşqlərə start verəcək.

 

Bundan əlavə, təlim-məşq toplanışı dövründə “sarı-göylər”in yoxlama oyunu keçirməsi də nəzərdə tutulub.

 

"Kəpəz" Birinci Divizionun turnir cədvəlində 16 xalla 6-cı yerdədir. Komanda Azərbaycan Kubokunun 1/8 finalında yanvarın 25-də "Sabah"ın qonağı olacaq.

Xəbər xətti