"Barselona"nın futbolçusu Karles Alenyanı karyerasını "Xetafe"də davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Madrid klubu 23 yaşlı yarımmüdafiəçini mövsümün sonuna qədər icarəyə götürüb.

 

İspaniyalı futbolçunun "Barselona" ilə müqaviləsi 2022-ci ilin yayına qədərdi.