Şimali Makedoniyanın “Vardar” klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.
Sportal.az "sportmedia" nəşrinə istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Səbail”in maraqlandığı bildirilib.
Makedoniyalı futbolçunun başqa klubların da hədəfində olduğu, lakin onun "Səbail"ə keçmək ehtimalının daha yüksək olduğu vurğulanıb.
Ötən ilin avqustundan “Vardar”da çıxış edən Şimali Makedoniya millisinin keçmiş üzvü ölkəsində “Horizont”, “Rabotniçki”, İranda “İstiqlal”, Misirdə “Smuxa” və Albaniyada “Laçi”də oynayıb.
saytlarin hazirlanmasi