Mövsümün sonunda karyerasını bitirəcəyini açıqlayan "Ayaks"ın hücumçusu Klaas-Yan Huntelar qərarını dəyişə bilər.
Sportal.az xəbər verir ki, 37 yaşlı futbolçu Almaniya Bundesliqasında çətin günlər yaşayan "Şalke"dən təklif aldığını açıqlayıb:
"Şalke" indi çətin vəziyyətdədir və məni yenidən komandada görmək istədiklərini bildirdilər. O klubda "Ayaks"dan daha çox çıxış etmişəm. İndi keçmiş klubumun mənə daha çox ehtiyacı var. Gələcəkdə nələr baş verəcəyini görəcəyik".
Niderland millisinin keçmiş üzvü 2010-2017-ci illərdə "Şalke"də oynayıb. Huntelar helzenkirxenlilərdə keçirdiyi 257 matçda 158 qol vurub, 43 məhsuldar ötürmə edib. Təcrübəli oyunçu bu mövsüm meydana çıxdığı 11 oyunad 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi